"08 dekabr 2020-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin siyahısı"
№ | Obyektin adı | Ünvanı | Sifarişçi təşkilatın adı | Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti (manat) |
10% beh (manat) |
1 | 250 yük avtomaşını üçün qarajın yarımçıq tikilisi | Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı avtomobil yolunun 3-cü kilometri | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 40081,0 | 10000 | 240000 | 250000 | 25000 |
2 | İnternat məktəbinin yarımçıq tikilisi | Xaçmaz rayonu, Nabran kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 1151,9 | 12500 | 22500 | 35000 | 3500 |
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş. 3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir. Gəncə şəhəri üzrə: ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76 Xaçmaz şəhəri üzrə: ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27 Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar. |